İrəvanda etiraz aksiyalarında vəziyyət gərginləşib.
APA xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi polislə toqquşmada 35 etirazçının xəsarət aldığını bildirib.
Hökumət binalarının üstünə snayperlər yerləşdirilib, aksiyalar davam edir.
***
21.11
İrəvanda hökumət binası qarşısında vəziyyət gərginləşib.
APA yerli KİV-ə istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən insanlarla polis arasında toqquşma olub. Aksiyaçılar polis əməkdaşlarına şüşə və daş atıb.
Ermənistan polisi meydana toplaşanları dağıtmaq üçün səs qumbaralarından istifadə edib.
Xəsarət alanların olduğu bildirilir.