Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 159 yoluxma halı qeydə alınıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 226 756 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4552 nəfərə yüksəlib.