Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 300 yeni yoluxma qeydə alınıb.
APA-nın Ermənistan Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 341 768-ə çatıb.
Son sutka ərzində koronavirusdan 19 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7 747 nəfərə yüksəlib.