Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 133 yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 342 538 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 14 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək COVID-19-dan ölənlərin ümumi sayı 7 802 nəfərə yüksəlib.