Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 22 yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"-ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 422 574 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 1 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8 617 nəfərə çatıb.