Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 93 yoluxma halı qeydə alınıb.
APA-nın "news am"a istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 223143-ə çatıb.
Son 24 saat ərzində koronavirusdan 2 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4454-ə çatıb.