Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 870 yeni yoluxma qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 333 583-ə çatıb.
Son sutka ərzində infeksiyadan 41 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7 253 nəfərə yüksəlib.