Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 1 675 yeni yoluxma qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 324 039-a çatıb.
Son sutka ərzində infeksiyadan 69 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 6 831 nəfərə yüksəlib.