Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma halı qeydə alınıb.
APA-nın Ermənistan Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 343 997 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 7 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7 921 nəfərə yüksəlib.