Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 88 yoluxma halı qeydə alınıb.
APA-nın Ermənistan Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 344 737 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 5 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7 961 nəfərə çatıb.