Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 180 yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 343 157 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 18 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7874 nəfərə yüksəlib.