Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 572 yoluxma halı qeydə alınıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 418 792 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 21 ölüm halı qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 8 413 nəfərə yüksəlib.