Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 243 yoluxma halı qeydə alınıb.
APA-nın Ermənistan Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 346 224 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 2 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8006 nəfərə çatıb.