Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 765 yoluxma halı qeydə alınıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 278 431 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 38 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək COVID-19-dan ölənlərin ümumi sayı 5 713 nəfərə çatıb.