Ermənistan parlamenti Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ermənistan parlamenti gizli səsvermənin nəticələri əsasında “Ermənistan” fraksiyasının nümayəndəsi, “İzmirlyan” tibb mərkəzinin keçmiş direktoru Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib. Səsvermədə 68 deputat iştirak edib ki, onların 67 nəfəri qərarın lehinə səs verib.
Qeyd olunub ki, bu addımın atılmasında məqsəd onun barəsində cinayət araşdırmasının başlanmasıdır. Çarçyandan ölkəni tərk etməməsi barədə iltizam alınıb.
Xatırladaq ki, ölkənin Baş prokuroru Anna Vardapetyan parlamentə müvafiq vəsatətlə müraciət edib. Çarçyana qarşı tibb mərkəzinin direktoru vəzifəsində çalışdığı müddətdə rüşvətxorluğa və seçicilərə qarşı təzyiqə yol vermə ilə bağlı ittiham irəli sürülüb.