Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı 1 oktyabr – 8 dekabr tarixlərində keçiriləcək.
APA xəbər verir ki, bu barədə qərar ölkənin Nazirlər Kabinetinin bu gün keçirilən iclasında təsdiq edilib.
Qərara əsasən, toplanışa sıravi əsgərlər, gizir və ehtiyatda olan zabitlər 25 gündən çox olmayan müddətə təlimlərə cəlb olunacaq.
Ehtiyatda olan hərbçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün təlimlərə müvafiq texnika da cəlb olunacaq.