Bank Of Baku

Ermənistanda eks-deputat həbs edilib

Ermənistanda eks-deputat həbs edilib
# 07 noyabr 2023 10:35 (UTC +04:00)

Ermənistan parlamentinin keçmiş üzvü, "Qayıdış" Fondunun sədri Araqats Axoyan həbs edilib.

APA xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya mənbə bildirib.

Ermənistan İstintaq Komitəsi eks-deputatın həbsinin səbəbini – onun sosial şəbəkədəki paylaşımı olduğunu açıqlayıb.

"İyunun 8-də Axoyan öz səhifəsində “ictimai zorakılığa çağırışlar səsləndirib”: söyüş söyərək, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra öldürülməli olanların siyahısını tərtib etməyə çağırıb", - məlumatda bildirilib.

Noyabrın 3-də Axoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 330-cu maddəsi (zorakılığa açıq çağırış) ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə eks-deputat bir ay müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR