Ermənistan prezidenti Armen Sarkisyan ölkədə erkən parlament seçkilərinin iyunun 20-də keçirilməsi ilə bağlı fərman imzalayıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, sözügedən fərman dərc edildiyi tarixin növbəti günü qüvvəyə minir.