Bank Of Baku

Ermənistanda əsgər xidmət yoldaşlarından birini öldürüb, ikisini yaralayıb - VİDEO

Ermənistanda əsgər xidmət yoldaşlarından birini öldürüb, ikisini yaralayıb - VİDEO
# 11 dekabr 2021 10:05 (UTC +04:00)

Ermənistanın hərbi hissələrinin birinin əsgəri xidmət yoldaşlarının birini öldürüb, daha ikisini yaralayıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirir.

“Dekabrın 10-da saat 19:30 radələrində cənub istiqamətindəki hərbi hissələrdən birində, ilkin məlumatlara görə, xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu, 19 yaşlı sıravi Senik Aşotoviç Arzumanyan ölümcül yaralanıb”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Daha iki hərbçi yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR