Bank Of Baku

Ermənistanda evinin balkonundan Paşinyana alma atan 71 yaşlı kişi tutulub

Ermənistanda evinin balkonundan Paşinyana alma atan 71 yaşlı kişi tutulub
# 24 avqust 2024 17:11 (UTC +04:00)

İrəvanda 71 yaşlı kişi evinin balkonundan Ermənistanın Baş nazir Nikol Paşinyana alma atıb.

APA xəbər verir ki, Paşinyan velosipedlə Sevan şəhərinə hərəkət edən zaman İrəvanın Kanaker-Zeytun rayonunun sakinlərindən biri 9-cu mərtəbədə yerləşən evinin balkonundan ona alma tullayıb.

Almanın Paşinyana dəyib-dəymədiyi bilinməsə də, əməli törədən 71 yaşlı sakinin kimliyi müəyyən edilib və o, saxlanılıb.

İstintaq Komitəsi faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırıb.

Araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR