Ermənistan ordusunda bir gündə ikinci əsgər ölüb.
APA xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Bildirilib ki, avqustun 11-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Qranik Vardanoviç Xnkoyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Fakt araşdırılır.
Qeyd edək ki, ötən gün başqa bir hərbi hissəsinin hərbi qulluqçusu - Jora Karapetyan da qeyri-müəyyən şəraitdə ölümcül güllə yarası alıb.