Ermənistanın Tavuş vilayətində hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İrəli sürülmüş ilkin versiyaya görə, 2004-cü il təvəllüdlü çağırışçı Ayk Petrosyan ona təhkim olunmuş avtomatdan açılan atəş nəticəsində ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır, bir sıra hərbçilər dindirilib, məhkəmə-tibbi, ballistik və digər ekspertizalar təyin edilib.
Xatırladaq ki, dünən Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində bir hərbçinin qeyri-müəyyən şəraitdə ölməsi barədə xəbər yaymışdı.