Bank Of Baku

Ermənistanda hərbi hissə komandiri və daha 6 nəfər saxlanılıb

Ermənistanda hərbi hissə komandiri və daha 6 nəfər saxlanılıb
# 06 oktyabr 2023 19:28 (UTC +04:00)

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram oğurluq ittihamı ilə hərbi hissə komandirini və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.

O da qeyd olunub ki, təchizatçı şirkət “Mosesko” MMC-nin direktoru da həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR