Bank Of Baku

Ermənistanda hərbi hissədə yanğına görə daha bir nəfərə cinayət işi açılıb

Ermənistanda hərbi hissədə yanğına görə daha bir nəfərə cinayət işi açılıb
# 17 fevral 2023 11:10 (UTC +04:00)

Ermənistanın Baş Prokurorluğu hərbi hissədə yanğınla bağlı mühəndis xidməti rəisi T.Q. barədə cinayət işi başladıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qərar Ermənistan cinayət məcəlləsinin 550-ci maddəsinin 3-cü bəndinə (insanın ölümü ilə nəticələnən peşə səhlənkarlığı) əsasən verilib.

T.Q.-nin hərbi hissədə yanğın təhlükəsizliyi məsələlərindən də məsul olduğu vurğulanır.

Qeyd edək ki, yanvarın 19-da Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib.
Nəticədə 15 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR