Bank Of Baku

Ermənistanda hərbi toplanışlar bütün hərbi vəzifəlilər üçün məcburi olacaq

Ermənistanda hərbi toplanışlar bütün hərbi vəzifəlilər üçün məcburi olacaq
# 13 oktyabr 2022 11:42 (UTC +04:00)

Biz 3 aylıq hərbi toplanışlardan imtina edirik.

APA “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan hökumətin iclasında deyib.

O bildirib ki, bunun əvəzində bütün hərbi mükəlləfiyyətli şəxslər üçün 25 günlük məcburi hərbi toplanış keçirəcəklər.

Nazirin sözlərinə görə, toplanış zamanı 21 gün real hərbi xidmət, qalan 4 gün isə təşkilati işlərə sərf olunacaq.

O, vətəndaşların 1 həftə hazırlıq keçəcəyini, qalan 2 həftəni isə döyüş növbəsi çəkəcəyini əlavə edib: “Yaxın zamanlarda bu barədə daha ətraflı məlumat verəcəyik. Biz vətəndaşlara xidmət vaxtını seçmək imkanı da verəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR