İrəvan məhkəməsi “İctimai Səs” partiyasının şura sədri Artak Qalstyanı 2 ay müddətinə həbs edib.
APA xəbər verir ki, bu barədə məhkəmənin “Telegram” kanalında bildirilib.
İstintaqın məlumatına görə, Qalstyan və partiyanın fəxri sədri, bloger Vardan Qukasyanla əlbir olaraq, “Vətənin gücü” partiyasının lideri Tiqran Arzakantsyan və onun həyat yoldaşı Natalya Rotenberq cütlüyünün ləyaqətini alçaldan məlumatların ictimaiyyətə açıqlanmaması üçün 110 min dollar tələb ediblər.
Xatırladaq ki, Qalstyan dünən saxlanılıb və barəsində İstintaq Komitəsi tərəfindən araşdırma davam etdirilir.