Ermənistanda keçmiş nazirin ölkədən çıxışına icazə verilməyib

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan

© APA | Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan

# 08 avqust 2024 16:02 (UTC +04:00)

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın ölkədən çıxışına icazə verilməyib.

APA xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, oğlu ilə birlikdə ABŞ-yə getmək istəyən eks-nazir hava limanından geri qaytarılıb. Buna səbəb kimi məhkəmənin onun Ermənistanı tərk etməsinə qoyduğu qadağa göstərilib.

Qeyd edək ki, fevralın 14-də işdən çıxarılan V. Kerobyan dövlət tenderinin keçirilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR