Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 343 506 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 8 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7 893 nəfərə yüksəlib.