Ermənistanın İstintaq Komitəsində “Koronovirus işi” üzrə 44 nəfərin, o cümlədən 25 tibb işçisinin işi araşdırılır.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, artıq 20-yə yaxın iş məhkəməyə yönləndirilib.
Qeyd edək ki, cinayət işlərindən birində İrəvanın vitse-meri Qevork Simonyanın da adı hallanır. Proses çərçivəsində pandemiya zamanı səhiyyə naziri olmuş hazırkı deputat Arsen Torosyanın da dindiriləcəyi istisna edilmir.