Ermənistanda kriminal avtoritet avtomobilində güllələnərək öldürülüb

Ermənistanda kriminal avtoritet avtomobilində güllələnərək öldürülüb
# 29 noyabr 2023 11:06 (UTC +04:00)

Ermənistanın Vanadzor şəhərində kriminal insident qeydə alınıb.

APA Shamshyan.com-a istinadən xəbər verir ki, kriminal avtoritet olan 39 yaşlı Arman Perixanyan avtomobilində güllələnərək öldürülüb.

Avtomobilə ən azı 15 dəfə atəş açılıb.

Təxminən 3 ay əvvəl Perixanyanın həyat yoldaşı silahlı hücuma məruz qalıb və o, güllə yarası alıb. Perixanyanın özü bundan əvvəl adamın oğurluğunda ittiham edilib.

Polis qətli törədən 28 yaşlı Karen Piloyanı saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR