Ermənistanda kütləvi həbslər başlayıb - YENİLƏNİB-1

Ermənistanda kütləvi həbslər başlayıb - YENİLƏNİB-1
# 15 iyun 2024 14:18 (UTC +04:00)

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.

APA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.

Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

***

12.43

İrəvanda kütləni maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə yaradılan sosial şəbəkə hesablarında ayrı-ayrı şəxsləri kütləvi etiraz aksiyalarında iştiraka təhrik etmək və bunun qarşılığında onlara müxtəlif məbləğlərdə vəsaitin verilməsi məsələləri müzakirə edilib.

Məlumatda həmçinin sözügedən paylaşımların mayın 25-dən iyunun 6-dək mütəmadi olaraq edildiyi, eləcə də bu məsələnin həm telefon danışıqları, həm də “Daşnaksütyun” partiyasının ofisindəki toplantılarda gündəmə gətirildiyi bildirilib.

Eyni zamanda, istintaqla müəyyən edilib ki, həmin tarixlərdə haqqında bəhs olunan partiyanın yerli təşkilatlarının rəhbərləri arasında insanların mitinqlərə gətirilməsinin təşkilinə dair müəyyən söhbətlər aparılıb.

***

12.19

Bu səhərdən Ermənistanda kütləvi həbslər başlayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, polis İrəvanın Baqramyan prospektində keçirilmiş aksiya ilə bağlı açılmış cinayət işi çərçivəsində İrəvan, Martuni Qavar, Vanalzor və Ucanda həbslərə başlayıb.

İndiyə qədər 10-dan çox şəxsin saxlanıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR