Ermənistanda kütləvi itaətsizlik aksiyaları başlayıb, İrəvanda 40-dan çox aksiyaçı saxlanılıb - VİDEO - YENİLƏNİB

Ermənistanda kütləvi itaətsizlik aksiyaları başlayıb, İrəvanda 40-dan çox aksiyaçı saxlanılıb - VİDEO  - YENİLƏNİB
# 11 may 2024 12:42 (UTC +04:00)

İrəvanda bu gün səhər saatlarından keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 41 nəfərə çatıb.

APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların saxlanılmasına səbəb polisin qanuni tələblərinə tabesizlik nümayiş etdirmələridir.

***

11.48

Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali kütləvi itaətsizlik aksiyasına başlayıb.

APA-nın “news.am”a istinadən xəbərinə görə, küçələrə çıxan əhali əsas yolları bağlayıb.

Paytaxtda yerləşən “Qələbə” körpüsü, “Azatutyan” prospekti, eləcə də Tbilisi şossesində də hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Polis bu tələbə məhəl qoymayan etirazçıları saxlamağa başlayıb.

Eçmiədzində bu səbəbdən saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib.

Bir qrup aksiya iştirakçısı isə 7 nömrəli məktəbin qarşısında baş nazir Nikol Paşinyanın gəlişini boykot etməyə çalışıb. Bir qədər sonra isə onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR