Bank Of Baku

Ermənistanda məhkəmə Rusiya yönlü bloger və jurnalistin şikayətinə baxacaq

Ermənistanda məhkəmə Rusiya yönlü bloger və jurnalistin şikayətinə baxacaq
# 12 sentyabr 2023 10:03 (UTC +04:00)

Ermənistanda məhkəmə Mika Badalyan və Aşot Gevorkyanın vəkillərinin şikayətinə baxacaq.

APA xəbər verir ki, bu barədə onların vəkili Liana Qriqoryan məlumat verib.

Qeyd olunub ki, müdafiə tərəfi həbsin əsaslandırılmasını düzgün hesab etmədiyi üçün apellyasiya şikayəti vermək niyyətindədir.

Buna görə də Gorus şəhər Məhkəməsi 12 sentyabrda “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan və bloger Mikael Badalyanın həbsinin qanuniliyi ilə bağlı müdafiə şikayətinə baxacaq.

Xatırladaq ki, 7 sentyabrda Rusiya yönlü bloger Mikael Badalyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyanın, eləcə də daha 5 nəfərin saxlanılması ilə bağlı xəbər yayılıb və Ermənistan İstintaq Komitəsi onların “odlu silahların qanunsuz dövriyyəsində” şübhəli bilindiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR