Ermənistanın Tavuş bölgəsində müddətdən artıq xidmət edən hərbçi intihar edib.
APA-nın "armenpress.com" saytına istinadən verdiyi xəbərə görə, faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan təsdiqləyib.
Mətbuat katibi bildirib ki, 1998-ci il təvəllüdlü müddətdən artıq xidmət edən hərbçi Ter Kararyan yaşadığı evdən asılmış vəziyyətdə tapılıb.