Bank Of Baku

Ermənistanda müxalif deputat mandatından imtina edib

Ermənistanda müxalif deputat mandatından imtina edib
# 23 oktyabr 2023 13:35 (UTC +04:00)

Ermənistanda müxalif deputat mandatından imtina edib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan parlamentində müxalif “Hayastan” fraksiyasının deputatı Armen Çarçyan mandatından imtina edib. Deputatın özü bildirib ki, müvafiq qərar artıq təqdim olunub və səbəbləri barədə sonra məlumat verəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında Ermənistanın Baş prokuroru Çarçyanın barəsində cinayət işi açılması ilə bağlı parlamentə müraciət edib.

Baş Prokurorluğun iddiasına əsasən, Çarçyan 2017-ci il fevral ayında ağır cinayət işi ilə bağlı məhkəmə-tibbi ekspertizasının saxta rəyinə imza atmaqda ittiham olunub.

Bunun ardınca Çarçyan 2021-ci ildə parlament seçkiləri ərəfəsində rəhbərlik etdiyi İzmirlyan tibbi mərkəzinin işçilərinə “Hayastan” blokuna səs vermələri üçün təzyiqdə ittiham olunub.

Çarçyan həbs edilib və bir neçə ay sonra zaminə buraxılıb.

Bir neçə gün öncə Çarçyanın işi ilə bağlı prokuror yenidən iddia ilə çıxış edərək, onun 5 il müddətinə həbs edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası sabah keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR