Ermənistanın “Vətən” partiyasının sədri, parlamentdə “Şərəf duyuram” blokunun rəhbəri Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Sos Akopyan məlumat verib.
Partiya sədrinin Milli Təhlükəsizlik Xidmətinə çağırılma səbəbləri açıqlanmır.