Bank Of Baku

Ermənistanda narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanda narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxs saxlanılıb
# 24 may 2023 16:52 (UTC +04:00)

Ermənistanda müsadirə olunmuş külli miqdarda narkotik partiyasının qaçaqmalçılığında şübhəli bilinən şəxslərdən biri saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs (red. – adı açıqlanmır) meyvə ticarəti ilə məşğul olan şirkətin idxal və alış şöbəsinin müdiridir.

Müstəntiqlərin fikrincə, o, cinayətkar qrupun tərkibində yer alır və qabaqcadan əlbir olaraq, qadağan olunmuş maddələrin tədarükünü təşkil edib.

MTX tərəfindən cinayətin təfərrüatlarını və cinayət əməlində əli olanların hamısını müəyyən etmək üçün istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR