Ermənistanda Paşinyana etimadsızlıq səsverməsi ilə bağlı konstitusiya prosesi başlaya bilər.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Miasin” ictimai-siyasi hərəkatı prosesə başlamaq niyyətindədir.
Bildirilib ki, hərəkat bu məqsədlə parlamentdəki müxalifətə müraciət etmək niyyətindədir, çünki təşəbbüs yalnız onlar tərəfindən irəli sürülə bilər.
Qeyd edək ki, Ermənistan parlamentində müxalifət cəbhəsini millət vəkillərinin az bir hissəsi təmsil edir.