Ermənistanda siyasi fəal saxlanılıb.
APA xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanda qərbyönlü “Milli Demokratik Qütb” siyasi blokunun nümayəndəsi, siyasi fəal Muşeq Şuşanyan saxlanılıb.
Onun saxlanılmasına səbəb kimi ölkənin Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə çağırış göstərilib.
Hazırda Şuşanyan nəzarət altındadır və barəsində cinayət işi başlanıb.