İrəvanda polislə toqquşmalarda əllidən çox adam xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Son məlumata görə tibb mərkəzlərinə 34-ü polis, 16-sı mülki şəxs olmaqla 50 nəfər gətirilib. Onlardan birinin vəziyyəti ağır olduğu üçün əməliyyata götürülüb.
***
23.20
İrəvanda polislə toqquşmalarda qırxdan çox adam xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə “İnterfax” Ermənistanın Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
“Bu gün Proşyan və Dəmirçiyan küçələrinin kəsişməsində baş verən insidentdə mülki şəxslər və polis əməkdaşları zərər çəkib. Xəstəxanalara 42 nəfər gətirilib. Onlardan 22-si polisdir” – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bugünkü etiraz aksiyasında polis səs qumbaraları tətbiq edib.