Bank Of Baku

Ermənistanda qar uçqunu nəticəsində səyyah itkin düşüb

Ermənistanda qar uçqunu nəticəsində səyyah itkin düşüb
# 11 mart 2025 17:06 (UTC +04:00)

Martın 11-də səhər saat 9 radələrində Ermənistanın Araqatsotn vilayətindəki Araqats dağ massivinin şimal yüksəkliklərində qar uçqunu hadisəsi baş verib.

APA Erməni KİV-ə istinadən xəbər verir ki, hadisə 9 nəfər səyyah dağ massivində gəzintidə olarkən baş verib.

Nəticədə səyyahlardan biri itkin düşüb.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər, eləcə də xilasetmə qüvvələri cəlb edilib.

İtkin düşən şəxsin axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR