Ermənistanda qızılcaya yoluxanların sayı 43 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəstəliyi yeni məlumatlar dərc edib.
Nazirlikdən bildirilib ki, yoluxanlardan 17 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.
Virusa yoluxanlardan 40 nəfərə peyvənd vurulmayıb, üç nəfər isə qismən peyvənd edilib.