Bank Of Baku

Ermənistanda Rusiya TV-lərinin yayımına dair sazişin pozulduğu aşkarlanıb

Ermənistanda Rusiya TV-lərinin yayımına dair sazişin pozulduğu aşkarlanıb
# 05 oktyabr 2023 18:00 (UTC +04:00)

Ermənistanın Radio və Televiziyası Komissiyası Rusiya telekanallarının yayımına dair sazişin müddəalarının pozulmasını aşkarlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Radio və Televiziyası Komissiyasının rəhbəri Tiqran Akopyan “Sputnik”ə müsahibəsində bildirib.

Akopyan qeyd edib ki, Rusiyanın bəzi kanallarında tok-şou tipli verilişlərlə bağlı Ermənistanda vaxtaşırı məsələ qaldırılır və sonuncu dəfə bu məsələ təxminən 2 il bundan əvvəl müzakirə olunub.

Onun sözlərinə görə, Ermənistanın ictimai seqmentində yayımlanan telekanallar arasında rusdilli mediadan başqa heç bir xarici yayımçı yoxdur, lakin bundan istifadə edib pozuntularla müşahidə olunan məzmun təqdim etmək düzgün deyil. O, pozuntuların müşahidə edildiyi kanalların "RTR - Planet" və "Birinci kanal dünya şəbəkəsi" olduğunu vurğulayıb.

Akopyan onu da əlavə edib edib ki, Ermənistan yeganə postsovet respublikasıdır ki, onun ictimai seqmentində Rusiya telekanalları yayımlanır. Rusiyanın digər müttəfiqləri olan Qazaxıstan, Tacikistan kimi ölkələrdə ictimai telekanal seqmentində rus kanalları yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR