Erməni bloger Mika Badalyan “odlu silahların qanunsuz dövriyyəsi” ittihamı ilə 72 saat müddətinə saxlanılıb.
APA xəbər verir ki, bu barədə onun vəkili Erik Aleksanyan yerli KİV-ə açıqlamasında bilıdirib.
***
20.45
Sentyabrın 6-da və 7-də Sünik rayonunda Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi çərçivəsində cinayətin törədilməsində əsaslı şübhə ilə Ermənistan Respublikasında Mika Badalyan və Aşot Gevorkyan da daxil olmaqla 7 nəfər həbs edilərək İstintaq Komitəsinə təhvil verilib.
APA xəbər verir ki, bunu Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan sosial şəbəkə hesabında bildirib.
Abrahamyan qeyd edib ki, istintaq-əməliyyat tədbirləri davam edir.
***
20.04
Rusiyayönümlü bloger Mika Badalyan və Sputnik Armenia radiosunun şərhçisi Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar.
APA Sputnik Armeniaya istinadən xəbər verir ki, hazırda saxlanılan şəxslərin İstintaq Komitəsində olduğu bildirib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir, lakin saxlanılmanın səbəbi barədə məlumat verilmir.
Mika Badalyanın “İrəvanda və onun hüdudlarından kənarda terror aktları hazırlanır” haqqında yalan məlumat yaydığına görə həbs edildiyi, daha sonra zaminə buraxıldığı ildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda saxlanlan rusiyayönümlü jurnalistlərin saxlanılmasına münasibət bildirib. O, teleqram kanalında Badalyan və Gevorkyanın saxlanılmasını İrəvanda Erməni-Rusiya media forumun keçirilməsinə qarşı təxribat adlandırıb.
"Yatıb iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatı. Qərb isə buna çoxlu pul yatırıb", - deyə Zaxarova yazıb.
Rusiya XİN sözçüsü onu da qeyd edib ki, o, ümumbəşəri azadlıq şüarları ilə hakimiyyətə gələn Ermənistan rəhbərliyinin “jurnalistlərin təqibinə sanksiya qoyacağına və məlumatların yayılmasının qarşısını alacağına” inanmır.
***
19.03
Rusiya yönümlü bloger və fəal Mikael Badalyan sentyabrın 6-da axşam saat 21:00 radələrində Gorusda qaldığı hotelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən qaçırılıb.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, Mikael Badalyan hadisədən bir gün öncə "Sputnik" radiosunda verilişlərdən birində iştirak edib.
O, veriliş zamanı Ermənistan hökumətinə qarşı sərt ittihamlar irəli sürüb.