Ermənistanın Baş Prokurorluğu Dövlət Gəlirləri Komitəsinin Zvartnots Beynəlxalq Hava Limanındakı Qaçaqmalçılıqla Mübarizə İdarəsinin sabiq rəisi Gevorq Akopyanın əmlakının müsadirə olunması tələbini irəli sürüb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qanunsuz yolla əldə edilmiş əmlak 530 min dollar dəyərində qiymətləndirilib.
Həmçinin əlavə olunub ki, Gevorq Akopyan və onunla əlaqəli şəxslərə məxsus 1,6 milyon dollardan artıq pulun yerini təyin etmək və müsadirə etmək mümkün deyil.