Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və elm naziri Armen Aşotyan iki ay müddətinə həbs edilib.
APA xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan məhkəmə iclasından sonra məlumat verib.
Müdafiə tərəfi hökmlə razılaşmadığını və qəbul edilən qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Armen Aşotyan elm və təhsil naziri olarkən Tibb Universiteti üçün alış-veriş zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.