Bank Of Baku

Ermənistanda sabiq qubernatorun oğlu bir nəfərin güllə ilə yaralanmasında şübhəli bilinir

Ermənistanda sabiq qubernatorun oğlu bir nəfərin güllə ilə yaralanmasında şübhəli bilinir
# 21 iyun 2023 14:13 (UTC +04:00)

Ermənistanın Zəngəzur (Sünik) vilayətinin sabiq qubernatoru Surik Xaçatryanın oğlu Gorusda bir nəfərin güllə ilə yaralanmasında iştirakda şübhəli bilinir.

APA xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Abramnaynın sözlərinə görə, faktla əlaqədar cinayət işi açılıb, Tiqran Xaçatryanın insidentdə iştirakı ilə bağlı məlumatlar yoxlanılır.

Xatırladaq ki, ötən gün Ermənistan mediasında Tiqran Xaçatryanın polis işçisini söyməsi, meyvə-tərəvəz ticarəti ilə məşğul olan bir nəfərlə dava etməsi və təkər təmiri sexinin işçisinə atəş açaraq onun əlini güllə ilə yaralaması barədə xəbərlər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR