Ermənistanda Solovyovun verilişini mədəni və bədii proqram əvəzləyəcək

Ermənistanda Solovyovun verilişini mədəni və bədii proqram əvəzləyəcək
# 30 aprel 2024 15:59 (UTC +04:00)

Ermənistanın ictimai multipleksində Vladimir Solovyovun proqramını mədəni və ya bədii xarakterli veriliş əvəz edəcək.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın Televiziya və Radio üzrə Komissiyasının sədri Tiqran Akopyan bildirib.

O xatırladıb ki, Ermənistanda dövlətlərarası razılaşmaya əsasən yayımlanan Rusiya kanalları qanun pozuntularına yol verdikdə müvafiq protokol tərtib olunaraq, ölkənin Yüksək Texnologiyalar Nazirliyinə göndərilir.

T. Akopyanın sözlərinə, əsas pozuntulara zorakılıqlara çağırış, eləcə də müharibətə təhrik edən bəyanatlar daxildir.

Sədr onu da bildirib ki, Rusiya kanalları ilə bağlı sonuncu protokol iki həftə əvvəl tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR