Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 66 yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"-ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 342 604-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 17 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7 819 nəfərə çatıb.