Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2134 yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 345 389-a çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb.
Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7993-ə çatıb.